AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Aprel-İyun 2012

2012-ci ilin aprel-iyun aylarında Şəmkir arxeoloji ekspedisiyası Şəmkir şəhər yerinin Narınqala sahəsində çöl tədqiqatlarını davam etdirmiş, narınqalanın qərb tərəfində, IV qazıntı sahəsinin yeni kvadratlarında qazıntı işləri aparılmış, əsasən, XIX əsr təbəqəsi öyrənilmişdir.

ətraflı
Yanvar-Mart 2012

Şəmkir arxeoloji ekspedisiyası çöl tədqiqat işlərini 2012-ci ilin qışında da dayandırmamış, Şəmkir şəhər yerində, Narınqalada arxeoloji qazıntı davam etdirilmişdir.

ətraflı
2011-ci ildə Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntıların yekunları

2011-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Şəmkir şəhər yerində stasionar, geniş sahəli arxeoloji qazıntılar davam etdirilib. 

ətraflı
Dekabr 2011

2011-ci ilin dekabrda Şəmkir şəhər yerində arxeoloji qazıntılar, əsasən, VII qazıntı sahəsində aparılıb, IV qazıntı sahəsində isə 3 saylı otağın təmizlənməsi davam etdirilib.

ətraflı
Noyabr 2011

Noyabr ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri IV, VII, VIII qazıntılarda aparılıb. IV qazıntı sahəsində Narınqalanın şimal divarının çaydaşından  əhəngli məhlulda bünövrəsi aşkarlanıb. Müəyyən  olunmuşdur ki, bünövrə IX-X əsrlərin mədəni təbəqə yatımını kəsir. Bünövrənin hamarlanmış səthi üzərindən bişmiş kərpiclə hörgü başlanır və həmin hörgünün qalıqlarının  hündürlüyü 17 H, 18 F, 18 E kvadratlarında 108-118 sm arasında dəyişir. Divar qalıqlarının bünövrədən ümumi hündürlüyü isə 2,9 -ə çatır. 

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>