AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Oktyabr 2011

2011-ci ilin oktyabr ayında Şəmkir şəhər yerində arxeoloji qazıntılar IV,VII və VIII qazıntı sahələrində aparılıb.

IV qazıntı sahəsində Narınqalanın şimal divarlarının, monumental binanın qalıqlarının, dar küçə boyunca yerləşmiş tikilililərin tədqiqi davam etdirilmişdir.
ətraflı
Sentyabr 2011

Sentyabr ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri əsasən IV qazıntı sahəsində, konservasiya işləri isə Narınqalanın şimal divarında, şəhristanın Narınqalaya birləşən bürcündə aparılıb.

ətraflı
Avqust 2011

Avqust ayında Şəmkir şəhər yerində IV qazıntı sahəsində Narınqalanın şimal divarının, ondan 10,7 m cənubda yerləşən qəsr divarının tədqiqi davam etdirilmiş, Narınqalanın şimal-şərq bürcünə birləşən şəhristanın bürcündə konservasiya işləri görülmüşdür.

ətraflı
İyul 2011

2011-ci ilin iyul ayında Şəmkir şəhər yerində arxeoloji qazıntıların miqyası daha da genişləndirilmiş, Narınqalanın şimal-şərqində, IV qazıntı sahəsinin yeni kvadratlarında Narınqalanın şimal divarının içəri tərəfdən təmizlənərək öyrənilməsinə, eləcədə ondan 10,7 m cənubda yerləşən, monumental binanı dövrələyən qəsrin şimal divarının tədqiqinə başlanılıb.

ətraflı
İyun 2011

2011-ci ilin iyun ayunda Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri Narınqalada, IV qazıntı sahəsinin yeni kvadratlarında aparılıb. Bu sahənin digər kvadratlarında olduğu kimi, yeni kvadratlarda da üst mədəni təbəqə XIX əsrə aiddir. Onun qalınlığı 25-30 sm-dən 80 sm-ə qədərdir.

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>