AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
May 2011

2011-ci ilin may ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri VI qazıntı sahəsində davam etdirilmiş, Narınqalanın içərisində, onun şimal-şərq sektorunda, IV qazıntı sahəsində tədqiqatlara yenidən başlanılmışdır. VI qazıntı sahəsində IX-X əsrlərə aid inşaat qatı tədqiq edilmiş, təsərrüfat quyuları, ocaq qalıqları, tikinti qalıqları və s. aşkar edilmişdir.

ətraflı
Aprel 2011

Şəmkir şəhər yerində 2011-ci ilin aprelində arxeoloji işlər VI qazıntı sahəsində aparılıb. IX-X əsrlərin tikinti qalıqları, təndirlər, XII əsrin mühəndis qurğusu aşkarlanaraq öyrənilmişdir. İlk növbədə kanalizasiya qurğusu diqqəti çəkir.

ətraflı
Mart 2011

2011-ci ilin mart ayında çöl arxeoloji tədqiqatları VI qazıntı sahəsində davam etdirilib. 2H-3H kvadratlarında XI əsrə aid kompleksin daha bir otağı aşkarlanaraq öyrənilmişdir. Bu otağın şimal divarının uzunluğu 6,2 m izlənilmiş, qərb divarının uzunluğu isə 5,45 m təşkil edir.

ətraflı
Fevral 2011

2011-ci ilin fevralında ekspedisiya arxeoloji qazıntı işlərini Şəmkir şəhər yerinin şəhristan hissəsində aparıb. XI əsrə aid yaşayış kompleksinin tədqiqini davam etdirmək məqsədi ilə VI qazıntı sahəsi şimala genişləndirildl, Nəticədə bu qazıntı sahəsinin ümumi sahəsi 640 kv.m. çatdırıldı (uzunluğu 40 m, eni 16 m).

ətraflı
Yanvar 2011

Şəmkir şəhər yerində 2011-ci ilin qışında da çöl arxeoloji tədqiqatları davam etdirilir. Arxeoloji işlər V və VI qazıntı sahələrində aparılır. V qazıntı sahəsində yuxarı yarusdan aşağı yarusa keçiddə şəhər divarına birləşən düzxətli divarın qalıqları üzə çıxarılıb.Onun eni 52-68 sm- dir. Üzə çıxarılan qalıqların uzunluğu isə 12 m-dir.

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>