AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2010-CU İLDƏ ŞƏMKİR ŞƏHƏR YERİNDƏ APARILAN ARXEOLOJİ TƏDQİQATLARIN ƏSAS YEKUNLARI

2010-cu ildə Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi üzrə orta əsr Şəmkir şəhər yerində üç qazıntı sahəsini (IV-VI qazıntılar) əhatə edən stasionar, geniş miqyaslı arxeoloji qazıntılar davam etdirilib.
Narınqalanın daxilində, IV qazıntı sahəsində monumental binanın arxeoloji tədqiqi davam etdirilib. Binanın şərq və cənub divarları tam, şimal divarı qismən müəyyənləşib. 7-12F kvadratlarında çiy kərpicdən hörülmüş daha bir divarın üzəri açılıb. O 7 saylı sütunla birləşir.

ətraflı
Dekabr 2010

Arxeoloji tədqiqatlar V qazıntı sahəsində davam etdirilib. Şəhərin istehkam tikililərinin öyrənilməsi üçün qazıntı narınqala istiqamətində 48 kv. m də genişləndirilmiş və buna müvafiq olaraq V qazıntının ümumi sahəsi hazırda 2000 kv.m-dən artıqdır. Şəhərin paralel qala divarlarının öyrənilməsi davam etdirilibdir. İki divar arasında məsafə 10 m-dir.

ətraflı
Noyabr 2010

Şəmkir şəhər yerində noyabr ayında arxeoloji qazıntılar əsasən V qazıntı sahəsində aparılıb. Şəhər müdafiə sisteminin yeni xəttinin aşkarlanması ilə əlaqədar olaraq V qazıntı 28 m uzunluqda, 8 m enində, yəni 224 kv. m genişləndirilib. Yeni aşkar edilmiş qala divarlarının qalıqlarının tədqiqi davam etdirilmiş, qalıqlar 27,5 m məsafədə izlənilmişdir.

ətraflı
Oktyabr 2010

Oktyabr ayında Şəmkir şəhər yerində arxeoloji tədqiqat işləri IV-VI qazıntı sahələrində aparalıb. IV qazıntı sahəsində narınqaladakı monumental binanın tədqiqi davam etdirilib. Binanın qərb tərəfindəki divarın tədqiqi nəticəsində onun qalıqlarının üzəri 7F kvadratındakı sütuna qədər açılaraq təmizlənmişdir. 

ətraflı
Sentyabr 2010

Sentyabr ayında Şəmkir arxeoloji ekspedisiyası əsasən şəhər yerinin IV və VI sahələrində tədqiqatlar aparıb. IV qazıntı sahəsində başlıca diqqət sütunlu binanın tədqiqinə yönəlmişdir.

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>