AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Avqust 2010

2010-cu ilin avqustunda Şəmkir şəhər yerində arxeoloji işlər IV-VI qazıntı sahələrində aparılıb. IV qazıntı sahəsində monumental binanın tədqiqi davam etdirilib. Cənub divar üzə çıxarılmış, şimal divar aşkarlanmışdır. Uzunluğu 24,9 metrə çatan şərq divarı nisbətən yaxşı öyrənilib.

ətraflı
İyul 2010

İyul ayında ekspedisiya arxeoloji qazıntı işlərini IV və V qazıntı sahələrində davam etdirib. IV qazıntı sahəsində tədqiqat əsasən 9-12C-E kvadratlarında aparılıb. Çiy kərpicdən hörülmüş monumental binanın qalıqlarının təmizlənməsi davam etdirilmişdir.

ətraflı
May-iyun 2010

2010-cu il mayın 16-da AMEA Arxeologiya və Etnoqrafiya institutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Orta əsr Şəmkir şəhər yerində çöl arxeoloji tədqiqatlarının mövsümü başlanılmışdır.

ətraflı
Orta əsr Şəmkir şəhər yeri. Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları - 2009. Bakı, 2010, 268 səhifə

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə «Çaşıoğlu» mətbəəsində «Orta əsr Şəmkir şəhər yeri. Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları. 2009» adlı kataloq çap olunub. Kataloqda Şəmkir şəhər yerində 2009-cu ildə aparılmış arxeoloji qazıntıların başlıca yekunları haqqında məlumat, qazıntı prosesi və üzə çıxarılan tikinti qalıqlarından görüntülər, müxtəlif təyinatlı tapıntıların illüstrasiyaları cəmləşmişdir.
Kataloq arxeoloq və tarixçilər, mədəniyyət işçiləri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ŞƏMKİR ŞƏHƏR YERİNDƏ 2009-CU İLDƏ APARILAN ARXEOLOJİ TƏDQİQATLARIN ƏSAS YEKUNLARI

2009-cu ildə Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi üzrə orta əsr Şəmkir şəhər yerində stasionar, geniş miqyaslı arxeoloji qazıntılar davam etdirilmiş, tədqiqat işləri III-VI qazıntı sahələrində olmaqla eyni vaxtda dörd sahədə aparılıb.

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>