AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
TİKİNTİLƏRİN KONSERVASİYASI ÜZRƏ İŞLƏR

Orta əsr Şəmkir şəhər yerində 2006-2009-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan tikinti qalıqları, ilk növbədə istehkam tikintilərin mövcud vəziyyəti eyni olmayıb bəzi sahələrdə uçma ehtimalı böyükdür.

ətraflı
Oktyabr 2009

2009-cu il oktyabrında arxeoloji tədqiqatlar, əsasən V qazıntı sahəsində davam etdirilib. Burada şəhər qalasının şərq divarının şimal-şərq künc bürcü və ona şimali-şərqdən birləşən divar qalıqları üzə çıxarılıb və təmizlənib. Sonuncu çaydaşlarından hörülüb və üzə çıxarılmış qalıqlarının uzunluğu 6,9 m, hündürlüyü isə 1,8 m-dir. Bürcün şimal tərəfində təmir izləri aydın nəzərə çarpır.

ətraflı
Sentyabır 2009

2009-cu ilin sentyabrında çöl arxeoloji işləri IV və V qazıntı sahələrində aparılıb. IV qazıntı sahəsi 4 m şimala genişləndirildi. Yeni kvadratlarda (12 a-e kvadratları) üst mədəni təbəqə 60-70 sm qalınlıqda XIX əsrə aiddir. Burada çaydaşından və bişmiş kərpiç paralarından hörülmüş tikili qalıqları, dirək çuxurları, eləcə də dirək qalığı üzə çıxarılmışdır.

ətraflı
Avqust 2009

Avqust ayında arxeoloji çöl tədqiqat işləri dörd qazıntı sahəsində, yəni III – VI qazıntı sahələrində aparılmış, narınqala və şəhristanın qala divarlarının tədqiqi davam etdirilmiş, su təchizatı ilə bağlı yeraltı tikili qalığı, yaşayış evlərinin qalıqları, təndir və ocaqlar üzə çıxarılmış, müxtəlif təyinatlı maddi mədəniyyət nümunələri aşakarlanmışdır.

ətraflı
İyul 2009

Iyul ayında orta əsr Şəmkir şəhər yerində arxeoloji qazıntıların miqyası genişləndirilmiş, çöl tədqiqatları eyni zamanda dörd qazıntı sahəsində aparılmışdır. III qazıntı sahəsində narınqalanın cənub divarının öyrənilməsi üzrə tədqiqat işləri davam etdirilmişdir. 37 H,İ saylı kvadratlarda divarın təmizlənmiş qalıqlarının hündürlüyü 5 m-ə çatır. Narınqalanın cənub-şərq bürcünün yaxınlığında, 37 H və 37F saylı kvadratlarda 3,8 m dərinlikdə uzunluğu 7, eni 0,8-1,6 m, qalınlığı 25 sm-ə çatan möhrə qat qeydə alınıb. 37L-N saylı kvadratlarda narınqalanın cənub divarına parallel yerləşən divarın təmizlənməsi davam etdirilmişdir.

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>