AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
İyun 2009

İyun ayında çöl arxeoloji tədqiqat işləri əsasən III və V qazıntı sahələrində aparılmış, narınqalanınn cənub divarının və şəhristanın şərq divarının öyrənilməsi davam etdirilmişdir. Narınqalanın cənub divarının daha geniş tədqiqi üçün III qazıntı sahəsi eni 8 m, uzunluğu 24 m olmaqla qərb istiqamətində genişləndirildi.

ətraflı
May 2009

May ayında narınqalanın şərq və cənub divarlarının, şəhristanın şərq divarının tədqiqi davam etdirilmişdir. III qazıntı sahəsinin 37-38 F-İ kvadratlarında narınqalanın cənub-şərq bürcü və qismən cənub divarı təmizlənərək üzə çıxarılıb...

ətraflı
Aprel 2009

Arxeoloji qazıntı işləri III və V qazıntı sahələrində davam etdirilmişdir. III qazıntı sahəsinin 21-22 saylı kvadratlarında Narınqalanın şərq divarı bünövrəyədək öyrənilmişdir. Burada kürsülüyə rast gəlinməmişdir...

ətraflı
Mart 2009

Arxeoloji qazıntı işləri III qazıntı sahəsinin 26-40 saylı kvadratlarında, V qazıntı sahəsinin isə 6-7 A 3-4 saylı kvadratlarında aparılmışdır. 26-28 saylı kvadratlarda Narınqalanın şərq divarına dayağın (kontrforsın) torpaq qalaqlarından təmizlənməsi davam etdirilmişdir...

ətraflı
Fevral 2009

Tədqiqat işləri əsasən III qazıntı sahəsində 26-38 saylı kvadratlarda aparılaraq Narınqalanın şərq divarının cənub tərəfi öyrənildi. İlk növbədə divara dayağın (kontrforsun) sərhədləri dəqiqləşdirildi...

ətraflı
<< 1 2 3 4 5 6 7 8 9 10 >>