AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Sentyabr - Oktyabr 2013

Şəmkir arxeoloji ekspedisiyası narınqala ərazisində, IV qazıntı sahəsində tədqiqatları davam etdirir. Monumental binanın öyrənilməsi üzrə işlər diqqətəlayiqdir. 7 saylı otağın şimal-qərb küncündə beş küp üzə çıxarılıb, onlardan ikisi bütov, digərlərinin divarları çatlamış və bəzi yerlərdə qırılmışdır. Otaq təmizlənərkən çoxsayda bişmiş kərpic aşkarlanıb.

Onların hamısı kvadrat formalıdır, amma ölçüləri müxtəlifdir: 22х22х5sm; 22х22х5,5sm; 23,5х23,5Х5,5 sm; 24х24х5,5sm; 24х24х6sm; 27х27х6sm; 38х38х6sm; 45х45х7sm. Kəmiyyət etibarı ilə 23,5х23,5Х5,5sm; 24х24х5,5sm; 24х24х6sm ölçülərdə kərpiclər üstünlük təşkil edir. Monumental binanın həyətindəki arakəsmə divarın tədqiqi davam etdirilib. Onun hündürlüyü 3,4 m çatır. Arakəsmə divarın şimalinda, 12F kvadratında ona birləşən düzbucaq biçimli tikili qalığı üzə çıxarılıb. Həmin tikilinin ölçüləri: 2,4 m x 1,45 m.

3E və 3F kvadratlarının qovşağında monumental binanın cənub divarının mərkəzi bürcünün daş hörgüsü üzə çıxarılıb və 1,3 m hündürlükdə təmizlənib. U bürcün şərq tərəfi XIX əsr binasının bünövrəsinin altındadır.

8J kvadratında isə monumental binanın qapı açırımı qeydə alınıb. Qapı açırımından cənuba monumental binanın qərb divarı XIX əsrin tikililəri dağıntıya məruz qalıb. Misal üçün, 8J və 7J kvadratlarının qovşağında diametri 1,5-1,8m, dərinliyi 1,1m olan quyu aşkarlanıb.

Monumental binanın cənub divarından cənubda məişət təyinatlı tikintinin qalıqları üzə çıxarılıb. Onun sahəsi bişmiş kərpiclərlə döşənmişdir. Burada dörd təndir aşkarlanıb.Təndirlərdən birinin yanında yerləşən 45,5 x 46 x 7 sm ölçüdə böyük bişmiş kərpicdə diqqəti çəkir. Onun mərkəzində diametri 4 sm olan deşik vardır.

1E və 1D kvadratlarında 73 x 73sm ölçüdə sütunların qalıqları aşkarlanıb. Təəsüf ki, bu sütunlar güclü dağıntıya məruz qalıb, hörgünün yalnız dörd cərgəsi salamat qalıb.

2H – 2E kvadratlarında eni 1,6m olan divarın qalıqları aşkarlanıb.O çiy kərpicdən hörülüb, bayır tərəfdən üzərinə çaydaşı ilə üzlük vurulub.

12Q-10Q kvadratlarında pilləkənin tədqiqi davam edir. Onun aşağı pillələri nisbətən yaxşı qalıb və xam təbəqə yerləşir. 10Q kvadratında qazıntının dərinliyi 7,1 m təşkil edir.

Qazıntıdan əldə olunan tapıntılar kirkirə, ox və nizə ucluqları, şirli və şirsiz keramika, məişət əşyaları, şüşə qab qırıqları, bəzək əşyaları və mis sikkələrlə təmsil olunub.

Konservasiya işləri monumental binanın şərq divarının mərkəzi bürcünün çiy kərpic hörgüsündə və narınqalanın şərq divarında aparılıb.