AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Türk Dünyası Kültür Konqresi

II. Uluslararası Türk Dünyası Kültür Konqresi.
19-25 aprel 2010. Çeşme-İzmir (Türkiyə).

19-25 aprel 2010-cu il tarixlərində Ege Üniversitəsinin Türk Dünyası Araşdırmaları Enstitüsü və Türk Dil Kurumunun işbirliyi ilə Çeşmə-İzmirdə II. Uluslararası Türk Dünyası Kültür Konqresi keçirilib.
Elm tarixində mühüm yer tutan, Türkiyə cumhurbaşkanının himayəsi ilə keçirilən Uluslararası Türk Dünyası Kültür Konqresi Türk dünyasının dil, ədəbiyyat və tarixinin ümdə problemlərinin müzakirə və həllində mühüm rol oynamaqdadır.

II. Uluslararası Türk Dünyası Kültür Konqresində 78 ölkədən 400-ə yaxın elm adamı iştirak edirdi. Konqresin plenar iclasında Türk Dünyası Araşdırmaları Enstitüsünün başkanı, Ege Üniversitəsinin rektoru, Türk Dil Kurumunun başkanı, İzmir valisi və Cumhurbaşkanın nümayəndəsi çıxışlar edərək Türk Dünyası mədəniyyətinin araşdırılmasında və təbliğində Uluslararası Türk Dünyası Kültür Konqresinin elmi, siyasi və kültüroloji əhəmiyyətini qeyd etdilər və konqres iştirakçılarına uğurlar dilədilər. Prof. Dr. Yusif Xalacoğlunun “Anadoluda Yörük Nüfusunun Dağılımı” mövzusunda məruzəsi maraqla dinlənildi.
Konqresin iclasları “Genel Konular”, “Türk Halk Bilimi, “Türk Dünya Edebiyyatları”, “Türk Dili ve Lehceleri”, “Türk tarihi və Türk Sanatı” olmaqla beş bölmədə keçirildi.

Konqresdə iştirak edən Azərbaycan alimləri dil, ədəbiyyat, arxeologiya və tarix elmləri üzrə məruzələr etdilər. 20 aprel 2010-cu ildə “Türk tarihi və Türk Sanatı” bölməsinin üçüncü iclasında Tarix Dostiyevin “Azərbaycanın İslam dönemi Şehir Kültürü Arkeoloji Kazılar İşığında” mövzusunda məruzəsi dinlənildi. Məruzədə son illərdə Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntıların gedişatı, üzə çıxarılan maddi mədəniyyət qalıqları haqqında məlumat verilmiş, bu qazıntıların nəticələrinə əsaslanmaqla VIII-XIII yüzilliklərdə Azərbaycan şəhərlərinin inkişafının səciyyəvi xüsusiyyətlərinə diqqət yetirilmiş, ümummüsəlman və məhəlli əlamətlərin üzə çıxarılmasına cəhd göstərilmişdir. Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılardan görüntülərin, ayrı - ayrı tapıntıların şəkillərinin nümayiş etdirilməsi mütəxəssislərin görülmüş işlər, səciyyəvi maddi mədəniyyət nümunələri haqqında dolğun təsəvvür əldə etməsinə imkan vermişdir.
Bütövlükdə, Konqres Türk dünyasının dil və ədəbiyyyatının, tarixinin, incəsənətinin araşdırılmasındakı son nailliyyətlərlə tanış olmağa şərait yaratmış, qısa müddət ərzində zəngin informasiya əldə etməyə imkan vermişdir.

Tarix Dostiyev