AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Gənclər Mədəni irsin qorunmasında

Palermo (İtaliya), 24 - 26 May 2010

24-26 may 2010-cu ildə İtaliyanın Palermo şəhərində “Gənclər Mədəni İrsin Qorunmasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda 35 yaşadək gənc alimlərin iştirakı nəzərdə tutulmuş və dünyanın 15 ölkəsindən: Azərbaycan, Portuqaliya, Polşa, Latviya, İngiltərə, ABŞ, Misir, İran, Slovakiya, Rumıniya, Belçika, Almaniya, İndoneziya, İsveçrə və İtaliyadan gənc tədqiqatçılar iştirak edirdilər. Konfransda proqrama əsasən plenar və beş bölmənin iclaslarında məruzələr dinlənildi: Bölmələr; aşağıdakı istiqamətlər üzrə idi.  
1. Orqanik materiallar və tekstil
2. Şüşə və keramika materialları
3. Mədəni təcrübə
4. Metal və daş məmulatları
5. Piqmentlər və rəssamlıq
 Konfransda Azərbaycandan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri N.Huseynli, C. Eminli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fond müdüri F.Xəlilli, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ü. İmamverdiyeva məruzələrlə iştirak etmişlər.
 Namiq Hüseynli və Rəsulağa Mizəyevin müştərək yazdıqları “Mədəni irsimizin qorunmasında orta əsr Şəmkir şəhərinin yeri” adlı məruzəni may ayının 25- də mədəni təcrübə bölməsində N. Hüseynli oxumuşdur. Məruzədə orta əsr Şəmkir şəhərinin Azərbaycan tarixində rolu, abidədə aparılan arxeoloji qazıntılar, Şəmkir memarlığı və arxeoloji qazıntılar zamanı üzə çıxarılmış tikinti qalıqlarının qorunması üzrə görülən konservasiya işləri haqqında məlumat verilmişdir. Məruzənin sonunda isə 5 dəqiqə müddətində elmi diskusiya olmuşdur.

C. Eminli və Ü. İmamverdiyeva “Azərbaycandakı arxeoloji abidələrin qazıntıları, konservasiyası və istifadəsi” adlı mövzusunda məruzə etmiş, F. Xəlillinin “Azərbaycan Milli Muzeyində qorunan tekstil məmulatının elmi tədqiqi və konservasiyası” adlı məruzəsi poster formasında konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır.
  Konfarnsın sonunda elmi təcrübə və biliklərin mübadiləsi üçün dəyirmi masa təşkil edilmişdir. Mədəni irsin qorunması və təbliği ilə bağlı səmərəli təkliflər irəli sürülmüşdür.