AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Memarlıq

Şəmkir qulləsi

 

rəssam Q.Q.Qaqarin.XIX

Orta əsrlərdə Azərbaycanda mövcud olmuş dörd memarlıq məktəbindən biri Arran memarlıq məktəbi idi. Onun başlıca mərkəzləri Bərdə, Gəncə, Şəmkir, Beyləqan şəhərləri idi. Məhz bu şəhərlərin istehkam tikililərinin, ictimai-dini və yaşayış evlərinin inşasında Arran memarlıq məktəbi üçün səciyyəvi olan məhəlli xüsusiyyətlər formalaşmışdır.
Orta əsr Şəmkir şəhərinin memarlıq abidələri arasında Şəmkir minarəsi (qülləsi) Arran memarlıq məktəbinin şah əsərlərindən sayılır. Dövrümüzə qədər gəlib çatmamış bu möhtəşəm abidənin görünüşü bizə XIX əsrin ilk qərinəsində Şəmkir şəhər yerində olmuş N.Florovskinin müfəssəl yazılı təsvirindən, rəssamlar Q.Qaqarin və Dyüba de Monperenin çəkdiyi rəsmlərdən məlumdur. N.Florovski minarənin təsvirində təəssüflə qeyd edir ki, artıq bu gözəl sənət əsəri bəzi yerlərdə uculmağa başlayıb və əyilmə müşahidə olunur.1860-1861-ci illərdə Şəmkir şəhər yerində olmuş B.Dorn onun bünövrəyədək ucduğunu bildirir. 

rəssam M.Meşerski.XIX

N.Florovskinin təsvirinə görə Şəmkir qülləsinin kürsülüyü kub formasında 7x7 arşın (təxminən 4,5x 4,5m) ölçüdə, 6,25 arşın (təxminən 4m) hündürlükdə olub üstündə 6x6 arşın ölçüdə, 5 arşın hündürlükdə altlıq vardı. Minarənin silindrik gövdəsinin diametri aşağıda 5 arşın (təxminən 3,2 m), yuxarıda isə 4 arşın (2,5m), hündürlüyü isə 18 sajın (38,5m) idi. Altlıq ilə birlikdə tam hündürlüyü 22 sajındır (47m).Yuxarısında dördkünclü 5x5 arşın karnizlə əhatələnib. Karnizin altında kufi xətli kitabə olmuşdur. Karnizin üstündə isə hündürlüyü 6 arşın olan aşağıda diametri bir sajın olan dairəvi sütun vardır. Bütövlükdə, qüllənin hündürlüyü 28 sajin (təxminən 61m) olmuşdur. Minarənin spiralvari pilləkəninin 124 pilləsi var imiş. Minarə kirəc məhlulu, qum və xırda daşlardan istifadə etməklə bişmiş kərpicdən inşa edilmişdi.

rəssam D.Monpere.XIX