AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Orta əsr Şəmkir şəhər yeri. Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları - 2009. Bakı, 2010, 268 səhifə

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə «Çaşıoğlu» mətbəəsində «Orta əsr Şəmkir şəhər yeri. Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları. 2009» adlı kataloq çap olunub. Kataloqda Şəmkir şəhər yerində 2009-cu ildə aparılmış arxeoloji qazıntıların başlıca yekunları haqqında məlumat, qazıntı prosesi və üzə çıxarılan tikinti qalıqlarından görüntülər, müxtəlif təyinatlı tapıntıların illüstrasiyaları cəmləşmişdir.
Kataloq arxeoloq və tarixçilər, mədəniyyət işçiləri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ŞƏMKİR ŞƏHƏR YERİNDƏ 2009-CU İLDƏ APARILAN ARXEOLOJİ TƏDQİQATLARIN ƏSAS YEKUNLARI

2009-cu ildə Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi üzrə orta əsr Şəmkir şəhər yerində stasionar, geniş miqyaslı arxeoloji qazıntılar davam etdirilmiş, tədqiqat işləri III-VI qazıntı sahələrində olmaqla eyni vaxtda dörd sahədə aparılıb.

ətraflı
TİKİNTİLƏRİN KONSERVASİYASI ÜZRƏ İŞLƏR

Orta əsr Şəmkir şəhər yerində 2006-2009-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan tikinti qalıqları, ilk növbədə istehkam tikintilərin mövcud vəziyyəti eyni olmayıb bəzi sahələrdə uçma ehtimalı böyükdür.

ətraflı
Oktyabr 2009

2009-cu il oktyabrında arxeoloji tədqiqatlar, əsasən V qazıntı sahəsində davam etdirilib. Burada şəhər qalasının şərq divarının şimal-şərq künc bürcü və ona şimali-şərqdən birləşən divar qalıqları üzə çıxarılıb və təmizlənib. Sonuncu çaydaşlarından hörülüb və üzə çıxarılmış qalıqlarının uzunluğu 6,9 m, hündürlüyü isə 1,8 m-dir. Bürcün şimal tərəfində təmir izləri aydın nəzərə çarpır.

ətraflı
Sentyabır 2009

2009-cu ilin sentyabrında çöl arxeoloji işləri IV və V qazıntı sahələrində aparılıb. IV qazıntı sahəsi 4 m şimala genişləndirildi. Yeni kvadratlarda (12 a-e kvadratları) üst mədəni təbəqə 60-70 sm qalınlıqda XIX əsrə aiddir. Burada çaydaşından və bişmiş kərpiç paralarından hörülmüş tikili qalıqları, dirək çuxurları, eləcə də dirək qalığı üzə çıxarılmışdır.

ətraflı
<< 1 2 3 >>