Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə «Çaşıoğlu» mətbəəsində «Orta əsr Şəmkir şəhər yeri. Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları. 2009» adlı kataloq çap olunub. Kataloqda Şəmkir şəhər yerində 2009-cu ildə aparılmış arxeoloji qazıntıların başlıca yekunları haqqında məlumat, qazıntı prosesi və üzə çıxarılan tikinti qalıqlarından görüntülər, müxtəlif təyinatlı tapıntıların illüstrasiyaları cəmləşmişdir.
Kataloq arxeoloq və tarixçilər, mədəniyyət işçiləri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. |