.jpg)
Orta əsr yazarları Azərbaycanın orta dərəcəli, abad və nemətlərlə zəngin şəhərləri arasında Şəmkir şəhərinin də adını çəkirlər. Yazılı mənbələrin təhlili ərəb fəthləri dövründə Şəmkirin artıq bir şəhər kimi mövcud olduğunu göstərir. Böyük İpək yolunun üzərində yerləşən Şəmkir şəhəri IX əsrin ikinci yarısı-X əsrdə yüksəliş keçirərək mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiş, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşamışdır. Şəmkir şəhərinin inkişaf ahəngi monqol istilası ilə pozulmuşdur. 1235-ci ildə inadlı müqavimətdən sonra şəhəri ələ keçirən monqollar burada böyük qırğın törətmiş, əhalini qılıncdan keçirmişlər. Bu hadisədən sonra şəhər tənəzzül etmiş, bir daha özünə gələ bilməmişdir.
Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. Şəhər yerinin 2007-ci ildə çəkilmiş topoplanı şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə imkan verir.
Orta əsr Şəmkir şəhər yerinin öyrənilmə tarixi XIX əsrin ilk rübündən başlansa da burada geniş arxeoloji qazıntılar yalnız XX əsrin ilk onilliyinə aiddir.
2006-2009-cu illərdə şəhər yerində altı sahədə arxeoloji qazıntılar aparılıb:
I qazıntı sahəsi
II qazıntı sahəsi
III qazıntı sahəsi
IV qazıntı sahəsi
V qazıntı sahəsi
VI qazıntı sahəsi
Orta əsr Şəmkir şəhərində memarlıq və inşaat sənəti yüksək inkişaf mərhələsinə daxil olmuşdur. Arxeoloji qazıntılar nəticəsində xeyli tikinti qalıqları, o cümlədən istehkam tikililərinin, mülki tikililərin qalıqları, şəhər abadlığı ilə bağlı mühəndis qurğuları üzə çıxarılmışdır.
Arxeoloji qazıntılardan əldə olunmuş tapıntılar müxtəlif xarakterlidir:
əmək alətləri,
silahlar,
dəmir məmulatı,
metal məmulatı,
keramika,
şüşə məmulatı,
sümük və daş məmulatı,
bəzək əşyaları,
sikkələr
2006-2009-cu illərdə Şəmkir şəhər yerində arxeoloji qazıntılar aparan
ekspedisiyanın tərkibi elmi texniki heyəti özündə birləşdirir.
|